Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Polşada keçirilən 3-cü Avropa Oyunlarında ən güclü 8-liyə yüksəlmək uğrunda baş tutan görüşdə Rumıniya yığması ilə qarşılaşıb.

Rekord.az xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimovadan ibarət kollektiv gərgin və maraqlı mübarizə şəraitində keçən görüşdə 45:42 hesablı qələbə qazanaraq ən güclü səkkizliyə yüksəlib.

Millimiz yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə İtaliya seçmə kollektivi ilə qarşılaşacaq.