
Avropa Oyunları: Azərbaycan yığması 5-ci yeri tutdu
- 01 İyl 2023 18:30
- 324
Çimərlik futbolu üzrə Azərbaycan millisi Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında çıxışını başa vurub.
Rekord.az xəbər verir ki, yığmamız 5-ci yer uğrunda görüşdə Moldova seçməsi ilə qarşılaşıb.
Rəqibinə 4:2 hesabı ilə qalib gələn Azərbaycan millisi 5-ci pilləni tutub.
Yığmanın heyətində Amid Nəzərov, Sabir Allahquliyev, Ramil Əliyev və Fuad Hüseynov fərqləniblər.