Avropa Oyunları: Azərbaycanın 4 taekvondoçusunun rəqibi bəlli oldu
- 22 İyn 2023 23:07
- 285
Krakovda keçirilən üçüncü Avropa Oyunlarında taekvondo yarışlarının ilk gününün püşkü atılıb.
Rekord.az xəbər verir ki, püşkə əsasən multi-idman turnirində Azərbaycan millisinin 4 idmançısının da ilk rəqibləri müəyyənləşib.
Təmsilçilərimizin hər biri yarışa 1/8 final mərhələsindən qoşulacaq.
54 kq-da Səyyad Dadaşov almaniyalı Xalid Abdel Halimlə üz-üzə gələcək. Qaşım Maqomedov (58 kq) startda Aymen Açnineni (Niderland) sınağa çəkəcək.
46 kq çəkidə Minayə Əkbərova debütdə Sofiya Zampetti (İtaliya) ilə qüvvəsini sınayacaq. Patimat Abakarova (49 kq) isə ilk görüşünü Sufarada Kisskalta (Almaniya) qarşı keçirəcək.
Azərbaycan millisi Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunur. Krakov-2023-də iyunun 23-26-da 43 ölkədən 256 idmançı 16 çəkidə mübarizə aparacaq.