Avropa Oyunları: Azərbaycanın bir boksçusundan qələbə, ikisi uduzdu
- 24 İyn 2023 23:19
- 374
Azərbaycan boksçusu Murad Allahverdiyev Polşada keçirilən 3-cü Avropa Oyunlarına qələbə ilə başlayıb.
Rekord.az xəbər verir ki, 80 kq çəkidə mübarizə aparan yığma üzvü 1/16 final çərçivəsində Kevin Şumannla (Almaniya) qarşılaşıb.
Döyüş Allahverdiyevin qələbəsi ilə yekunlaşıb. İlk 2 raundu aktivinə yazan boksçumuz 3-cü hissədə tam üstünlüklə qalib gəlib. O, 1/8 final döyüşünə iyunun 26-da çıxacaq.
Digər boksçularımızdan Alfonso Dominqes (92 kq) Yan Zakla (İsrail) münasibətinə aydınlıq gətirib və startdaca uduzub. Zeynəb Rəhimova (54 kq) da Lenuta Periyoçla (Rumıniya) mübarizədə eyni aqibəti yaşayıb.