Avropa Oyunları: Azərbaycanın daha 2 idmançısı “bürünc”lə kifayətləndi
- 26 İyn 2023 21:51
- 288
Muay-tay üzrə Azərbaycan millisinin daha iki üzvü Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında bürünc medalla kifayətlənib.
Rekord.az xəbər verir ki, Emili Rzayeva və Aysu Dərvişova bu gün növbəti görüşünə çıxıb.
63,5 kq çəki dərəcəsində çıxış edən Rzayeva yarımfinalda Tereza Steçova (Çexiya) ilə üz-üzə gəlib. Rəqibinə uduzan Emili bürünc medalla kifayətlənib.
57 kq çəki dərəcəsində çıxış edən Dərvişova isə Patrisiya Axlinqlə (İsveç) üz-üzə gəlib. Aysu da rəqibinə uduzub və bürünc medalla kifayətlənib.
Xatırladaq ki, daha öncə Azərbaycan millisinin üzvü Xəyal Əliyev də yarışı bürünc medalla başa vurmuşdu.