Avropa Oyunları: Fərid yarımfinalda, Elşad uduzdu
- 30 İyn 2023 21:00
- 301
Azərbaycan kikboksçusu Elşad Şahbazov Polşada keçirilən 3-cü Avropa Oyunlarında mübarizəni dayandırıb.
Rekord.az xəbər verir ki, 80 kq-da çıxış edən idmançı 1/4 finalda ukraynalı Artyom Melnikə 0:3 hesabı ilə uduzub.
Azərbaycanın digər kikboksçusu Fərid Ağamoğlanov da bu gün Polşada ilk döyüşünü keçirib.
63.5 kq-da "full-contact" növündə mübarizə aparan idmançımız 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.
Ağamoğlanov iyulun 1-də norveçli Milton Ameriko Barrios Qalaretta ilə yarımfinal görüşünə çıxacaq.