Bu gün Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə kişilərin şəxsi yarışında mübarizəyə start verilib. 

Rekord.az xəbər verir ki, təmsilçilərimizdən Ruslan Həsənov və Kənan Əliyev qrup mərhələsini adlayaraq pley-offa yüksəlib. Barat Quliyev isə mübarizəni erkən dayandırıb.

Qrupda 4 qələbəsi olan Ruslan Həsənov birbaşa ən güclü 64-lüyə vəsiqə qazanıb. Həsənov bu mərhələdə isveçrəli Hadrien Favre ilə qarşılaşacaq.

Qrupu 2 qələbə ilə bitirən Kənan Əliyev isə 64-lüyə yüksəlmək üçün tablo 128-də  eston Ruslan Eskovla qarşılaşacaq.