Avropa Oyunları: Lunyov yarımfinalda uduzdu
- 30 İyn 2023 17:20
- 310
Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən 3-cü Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə atəş açmada finala yüksələ bilməyib.
Rekord.az xəbər verir ki, ikiqat Avropa çempionu qrup formatında təşkil olunan yarımfinalda mübarizəni dayandırıb.
Qrupu sonuncu - 4-cü pillədə tamamlayan Lunyov Oyunlarla vidalaşıb.
Xatırladaq ki, daha öncə Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova da Avropa Oyunlarında mübarizəni dayandırmışdılar.