Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən 3-cü Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə atəş açmada finala yüksəlib.

Rekord.az xəbər verir ki, ikiqat Avropa çempionu təsnifat mərhələsinin 2-ci günündə 289 xal toplayıb.

İki günün nəticələrinə əsasən, xallarını 581-ə çatdıran snayper yekunda 6-cı pilləni tutaraq, həlledici raunda vəsiqə qazanıb.

Qadın atıcılar Ülviyə Eyvazova və Aydan Camalova da təsnifat mərhələsinin (trap) 2-ci günündə mübarizə aparır. Hələlik Camalova 16-cı, Eyvazova isə 27-ci sırada qərarlaşıb.