Bu gün Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatmanın sablya növü üzrə qadınların şəxsi yarışında mübarizəyə start verilib.

Rekord.az xəbər verir ki, təmsilçilərimizdən Anna Başta (5 qələbə), Səbinə Kərimova (5 qələbə) və Valeriya Bolşakova (3 qələbə) pley-offa yüksəlib.

Qrup mərhələsində 1 qələbəsi olan Palina Kaspiaroviç mübarizəni dayandırıb.