Avropa Oyunları: Taekvondoçumuz startda məğlub oldu
- 24 İyn 2023 19:49
- 333
Bu gün Azərbaycanın daha bir taekvondoçusu - Cavad Ağayev də Polşada təşkil olunan 3-cü Avropa Oyunlarında mübarizəyə qoşulub.
Rekord.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Konstantinos Camalidislə (Yunanıstan) üz-üzə gəlib.
Ağayev rəqibinə 1:2 hesabı ilə uduzub. Camalidis finala vəsiqə qazansaydı, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaqdı. Lakin o da 1/4 finalda uduzduğu üçün, Cavad üçün mübarizə başa çatıb.
Xatırladaq ki, daha əvvəl Azərbaycan taekvondoçularından Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) bürünc medal əldə edib.