Keişa Fatimə Zəhra - Era Maftuha tandemi Polşada keçirilən 3-cü Avropa Oyunlarında qadın badmintonçuların qoşa yarışında D qrupunda ilk görüşünü keçirib.

Rekord.az xəbər verir ki, təmsilçilərimiz İspaniya badmintonçuları Beatriz Korallez - Klara Azurmendi qoşasına 0:2 (5-21, 17-21) hesabı ilə məğlub olublar.

Xatırladaq ki, daha öncə kişi badmintonçulardan ibarət Edi Reski Dviçayo və Ezmi Qovimuradmadhoni qoşası da Böyük Britaniya təmsilçilərinə hər iki setdə məğlub olmuşdular.