Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Bakıya gəlib
- 18 Sen 2024 12:47
- 147
Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidenti Pedro Migel Moura Bakıya gəlib.
Rekord.az xəbər verir ki, qurum rəsmisi ASTF-nin dəvəti ilə ölkəmizdə səfərdədir.
Pedro Migel Moura ilə ASTF-nin vitse-prezidenti Elmar İslam və baş katibi Könül Mikayılova əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb. Ardınca Şəhidlər Xiyabanında azadlıq fədailərinin xatirəsinə ehtiram bildirilib.
Səfər çərçivəsində stolüstü tennisçilərin məşq bazasına baş çəkən Pedro Migel Moura idmançılara yaradılan şəraitlə tanış olub, hazırlıq prosesini yaxından izləyib.
Avropa Stolüstü Tennis Birliyinin icraçı prezidentinin Azərbaycana səfəri sentyabrın 20-də yekunlaşacaq.