Melburn şəhərində keçirilən Formula 1 üzrə Avstraliya qran-prisi başa çatıb.

Rekord.az xəbər verir ki, “Albert Park” trasında baş tutan mövsümün üçüncü mərhələsinin qalibi “Ferrari” pilotu Şarl Lekler olub. Fransalı pilot cari mövsümdə ikinci qələbəsini qazanıb.

“Red Bull”un meksikalı pilotu Serxio Peres ikinci, “Mercedes”in britaniyalı pilotu Corc Rassel isə üçüncü yeri tutub.

Formula 1 üzrə Azərbaycan qran-prisi 10-12 iyunda keçiriləcək.