Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçiriləcək oyundan öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizi yaxşı komandaya qarşı oyun gözləyir. Avstriya yığması intensiv futbol oynayır. İstəyirik ki, yaxşı nəticələri davam etdirək. Sabah meydana qələbə üçün çıxacağıq.

Bir-birimizə yaxın, çox sıx oynamalıyıq. Çünki rəqib yaxşı top saxlayır. Yaxşə ara ötürmələri verirlər. Arxada top itirməməliyik. Çalışacağıq ki, rəqibə çox şans verməyək. Avstriya çox yaxşı komandadır”.