Avstriya yığmasının daha bir futbolçusu Bakıya gəlməyə bilər
- 06 Okt 2023 15:15
- 439
AÇ-2024-ün seçmə mərhələsində Azərbaycanla keçiriləcək oyun ərəfəsində Avstriya yığmasının daha bir futbolçusu zədələnib.
Rekord.az yerli mətbuata istinadən xəbər verir ki, müdafiəçi Maksimilian Vöber sıradan çıxıb.
25 yaşlı oyunçu Almaniyanın “Borussiya” (Münhenqladbax) klubunun heyətində xəsarət alıb. Topuğunda zədə aşkarlanan Vöberin millinin heyətindən çıxarılıb-çıxarılmayacağına tibbi müayinədən sonra aydınlıq gələcək.
Oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək avstriyalılar üç gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaqlar.
Qeyd edək ki, Avstriya yığması zədə ucbatından Marko Arnautoviç, Karim Onisivo və Fillipp Muenenin xidmətindən məhrum olacaq. David Alaba, Marsel Zabitser, Mixael Qreqoriç və Stefan Poşun da bu qarşılaşmada iştirakları sual altındadır.