Avropanın daha bir ölkəsində futbolun bərpa olunmasına qərar verilib.

Rekord.az xəbər verir ki, Avstriyada bu ayın sonundan etibarən rəsmi yarışların davam etdirilməsi barədə qərar olunub.

Belə ki, mayın 30-da Avstriya kubokunun final qarşılaşması baş tutacaq. Həlledici oyunda “Zalsburq” və “Austriya” komandaları üz-üzə gələcək.

Mövsümün başa çatmasına 10 tur qalan Avstriya Bundesliqasının isə iyunun 2-dən etibarən bərpa edilməsi nəzərdə tutulur. Oyunlara azarkeş buraxılmayacaq.

Avstriya Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, komandalar mayın 15-dən etibarən məşqlərə başlaya biləcəklər. Lakin ona qədər bütün klublar futbolçularını koronavirus testindən keçirməlidilər.

Qeyd edək ki, Avstriya Bundesliqası koronavirus pandemiyasına görə mart ayında, 22-ci turda dayandırılıb.