Avstriyada ilin futbolçusu bəlli oldu
- 23 Dek 2023 17:00
- 224
“Real”ın müdafiəçisi David Alaba Avstriyada ilin futbolçusu seçilib.
Rekord.az xəbər verir ki, bu barədə Avstriya Futbol İttifaqının rəsmi saytı məlumat yayıb.
Bu mükafat 31 yaşlı futbolçu üçün 10-cu, ardıcıl dördüncüdür. Bu il Alaba nominasiyada Konrad Laimer (Bayern), Kristof Baumqartner və Nikolas Seyvaldı (hər ikisi “Leyptsiq”) geridə qoyub.
Alaba 2021-ci ilin yayında azad agent kimi “Bayern”dən “Real”a keçib. Bu mövsüm o, “kral klubu”nun heyətində bütün yarışlarda 16 oyun keçirib və 2 məhsuldar ötürmə edib.