“Mançester Yunayted”in futbolçusu Donni van de Beek zədələnib.

Rekord.az xəbər verir ki,  23 yaşlı yarımmüdafiəçi ötən gün “Sauthempton”la matçda ayağından xəsarət alıb.

Buna baxmayaraq, o, oyuna davam etməyi bacarıb. Lakin niderlandlı oyunçu görüşdən sonra zədəli topuğunun fotosunu sosial şəbəkə hesablarında paylaşıb və belə şərh edib: “Premyer Liqaya xoş gəlmisiniz”.

Qeyd edək ki, sözügedən oyun “qırmızı şeytanlar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.