Niderlandın “Ayaks” klubu yay transfer dövründə üç əsas futbolçusunu satmağa hazırdır.

Rekord.az "De Teleqraph"a istinadən xəbər verir ki, bunu klubun idman direktoru Edvin Van de Sar açıqlayıb. Klub rəsmisi, Andre Onana, Donni Van de Beek və Nikolas Taqliyafiko üçün təkliflərin dəyərləndiriləcəyini bildirib:

“Keçən il bu üç futbolçunun daha bir mövsüm qalacaqları ilə bağlı razılığa gəldik. Bundan sonra onlar üçün yeni klubun tapılmasına kömək edəcəyimizə söz verdik. Bu mövzuda heç bir şey dəyişməyib. Onların təzminatında 50 faiz azalma olmayacaq, onlarla maraqlanan klublar bunu unuda bilərlər. Əlbəttə, 150-200 milyon avroluq transfer qiyməti olmayacaq, amma “Ayaks” hələ də futbolçularından ciddi məbləğ qazanmağı düşünür”.