“Ayaks” Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində səfərdə “Napoli”yə böyük hesabla uduzub (1:6).

Rekord.az xəbər verir ki, Amsterdam klubu 1964-cü ilin noyabrından bəri bütün yarışlarda ən böyük məğlubiyyətə uğrayıb.

58 il əvvəl komanda Niderland çempionatında “Feyenoord”a 4:9 hesabı ilə uduzmuşdu.

Üç turdan sonra “Ayaks” 3 xalla A qrupunda üçüncüdür. “Napoli” isə 9 xalla birinci yerdədir.