“Ayaks” baş məşqçisi ilə yolları ayırdı
- 23 Okt 2023 22:30
- 313
"Ayaks" baş məşqçisi Moris Ştaynla yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər. Sözləşmə 2026-cı ilin yayına qədər idi.
"Ayaks" hazırda Niderland çempionatının turnir cədvəlində 17-ci yerdədir. 7 oyundan sonra komandanın 5 xalı var.