"Ayaks"ın yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, bundan sonra Amsterdam klubunu Françesko Farioli çalışdıracaq.

35 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

İtaliyalı məşqçinin sonuncu iş yeri Fransa təmsilçisi "Nitsa" olub. O, daha əvvəl Türkiyənin "Alanyaspor" və "Fatih Karagümrük" klublarında da çalışıb.