Niderlandın “Ayaks” klubu futbolçusu Edson Alvareslə müqaviləni yeniləyib.

Rekord.az xəbər verir ki, meksikalı müdafiəçiylə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Meksika millisinin də üzvü olan Alvares 2019-cu ilin yayından “Ayaks”da çıxış edir.

24 yaşlı futbolçunun “transfermarkt”da dəyəri 17 milyon avrodur.