İtaliyanın “Krotone” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi “Ayaks”dan Lisandro Maqalyanı icarəyə götürüb.

Bu barədə “Krotone”nin mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi 2020/21 mövsümünü İtaliya klubunda keçirəcək.

Argentinalı futbolçu geridə qalan mövsümü icarə əsasında İspaniyanın “Alaves” klubunda keçirib.