"Ayaks"ın futbolçusu "Mançester Yunayted"də
- 01 Sen 2020 16:19
- 651
"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek karyerasını "Mançester Yunayted"də davam etdirəcək.
Rekord.az xəbər verir ki, Niderland millisinin üzvü ilə 5 illik razılıq əldə olunub.
"Qırmızı şeytanlar" 23 yaşlı oyunçu üçün 45 milyon avro və bonuslar ödəyəcək. "Ayaks"ın yetirməsi ötən mövsüm 37 oyunda 10 qol vurub, 11 assist edib.