Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Ayaks”ın hücumçusu Klaas-Yan Huntelaarı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəllər də “Şalke”də oynamış niderlandlı forvardla mövsümün sonuna qədər müqavilə imzalanıb.

37 yaşlı futbolçu 2010-2017-ci illər aralığında məhz Almaniya klubunun uğurları üçün çalışmışdı. O, karyerası ərzində “Real”, “Milan” və PSV klublarının da formasını geyinib. Huntelaar milli komandada 76 oyuna 42 qol vurub.