Azərbaycan parabadmintonçusu Ayan Əliyeva "Fair Play" mükafatına layiq görülüb.


Rekord.az bu barədə Azərbaycan Batminton Federasiyasının mətbuat xidmətinə istinadən məlumat verir.


Mükafat ona Serbiyada keçirilmiş ISF U-15 Gimnaziada İdman Oyunlarında təqdim edilib.


Əliyeva turnirdə nümayiş etdirdiyi yüksək idman mədəniyyəti və ədalətli oyun prinsiplərinə sadiqliyinə görə təşkilatçılar tərəfindən "Ədalətli Oyun" nominasiyasında fərqləndirilib.


Azərbaycan Badminton Federasiyası artıq üçüncü dəfədir ki, bu mükafata layiq görülür.