Ayaz oynadı, “Spartak” darmadağına sevindi
- 27 Okt 2019 22:43
- 924
Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə paytaxtın digər təmsilçisi “Lokomotiv”lə üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası Moskva derbisindən qələbə ilə ayrılıb – 3:0.
Ayaz da bu görüşün iştirakçısı olub. O, 84-cü dəqiqədə meydana buraxılıb.
“Spartak” 14 turdan sonra 18 xalla 16 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.