Ayaz oynamadı, “Spartak” yenə uduzdu
- 07 Okt 2019 11:40
- 754
Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Krasnodar”la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Spartak” 12 turdan sonra 14 xalla 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.