Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” doğma meydanda “Soçi” ilə qarşılaşıb.

Tula təmsilçisi bu oyunda rəqibinə 1:2 hesabı ilə məğlub olub.

Quliyev bu görüşün iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.