“Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev idman vətəndaşlığını dəyişib.


Rekord.az xəbər verir ki, bu barədə Rusiyanın “Matç TV” kanalı məlumat yayıb.


28 yaşlı futbolçunun Azərbaycan vətəndaşlığı aldığı və ölkəmizin milli komandasında oynamaq hüququ qazandığı bildirilib.


Quliyev Moskva “Spartak”ının yetirməsidir və U-19 səviyyəsində Rusiya yığmasının heyətində Avropa çempionu olub. O, həmçinin Rusiya U-21 millisinin də oyunçusu olub. Quliyevə AFFA tərəfdən bir neçə dəfə Azərbaycanın əsas millisində oynamaq təklif olunsa da, o, bunu qəbul etməyib.


Ayaz 2023-cü ilin yayından “Sabah”da oynayır.