Ayaz Quliyevsiz “Spartak” 4 qola üzüldü
- 09 Dek 2019 11:20
- 801
Futbol üzrə Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Rostov”la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:4.
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Spartak” 19 turdan sonra 22 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.