Ayaz Quliyevsiz “Spartak” yenə məğlub oldu
- 10 Mar 2020 11:41
- 704
Futbol üzrə Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi Moskva “Spartak”ı da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda “Krasnodar”la üz-üzə gəlib. Azərbaycanlı yarımmüdafiəçinin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.
Ayaz bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
“Spartak” 21 turdan sonra 25 xalla 16 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.