Futbol üzrə Rusiya Premyer Liqasında 10-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Arsenal” (Tula) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Ximki” ilə qarşılaşıb. Ayazın komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Zədəsini yenicə sağaltmış Quliyev də bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.

“Arsenal” geridə qalan 10 turda 9 xal toplayıb və 16 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.