Aylardır İndoneziyada qalan Rəcəbov artıq Bakıdadır
- 10 İyl 2020 10:43
- 994
İndoneziyanın qadın voleybolçulardan ibarət "Cakarta" klubunun baş məşqçisi postunda çalışmış Ziya Rəcəbov uzun müddət sonra Bakıya dönüb. "Rekord.az" xəbər verir ki, gənc mütəxəssis koronavirus səbəbindən sərhədlər bağlandığına görə vətənə dönə bilmirdi.
Son günlər İstanbuldan uçuşların bərpa olunması Rəcəbovun da bu istəyinin reallaşmasına imkan yaradıb. O, iyulun 5-da İstanbula yollanıb. Dünən axşam saatlarında isə gənc məşqçi İstanbul-Bakı reysi ilə Azərbaycana qayıdıb.
Qeyd edək ki, Rəcəbov çalışdığı "Cakarta" klubunu bu ölkənin çempionu edib. Onunla bərabər komandada millimizin üzvü Odina Əliyeva və sabiq hücumçumuz Natalya Məmmədova rorma geyiniblər. Hər iki voleybolcumuz İndoneziyada müntəzəm məşq etmək imkanı olduğu üçün orada qalıb.