Almaniyanın “Bild” nəşri “Ştutqart” klubunun icarədə olan futbolçuları haqda araşdırma aparıb.

Rekord.az xəbər verir ki, nəşrin yazısında “Qarabağ”da forma geyinən Aylton Silvanın Bundesliqa klubunda gələcəyi olmadığı qeyd olunub:

“Aylton, 2017-ci ildə “Ştutqart”a gəlib və o vaxtdan bəri 3 dəfə icarəyə verilib. Hazırda Azərbaycanda futbol oynayır. Onun “Ştutqart”da gələcəyi yoxdu”.

Ayltonun “Qarabağ”la icarə müqaviləsi mövsümün sonuna qədərdi.