Almaniyanın “Ayntraxt” klubunun daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə, 23 futbolçu arasında edilən koronavirus testinin birinin müsbət çıxdığı bildirilib. “Ayntraxt”da bundan əvvəl bir futbolçunun da koronavirus testi müsbət çıxmışdı.

Frankfurt təmsilçisinin işçi və məşqçi heyəti bütünlüklə 14 günlük karantinə alınıb.