Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət millimiz hazırda Sloveniyada təlim-məşq toplanışındadır. "Rekord.az" xəbər verir ki, komandamızın blokçusu Aynur İmanova  hazırlıqlar və yarış ilə bağlı fikirlərini bölüşüb:

“Mən hazırlıqların ilk günündən məşqlərə qoşulmuşam. Bu il yeni məşqçi ilə yarışda iştirak edəcəyik. Fərqli taktikalar, fərqli sistemlə məşq edirik. Bosniya Herseqovinada, Bakı və Sloveniyada yoxlama oyunlarımız oldu. Məşqçi bu qarşılaşmalarda bütün oyunçuları yoxlayır, yeni tapşırıqlar verir. Biz də onun bu tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə çalışırıq. 

Əhvalımız yaxşıdır, qızlar hər biri canla-başla çalışır. İnanıram ki, bu hazırlıq prosesində əldə etdiyimiz yeni təcrübələri də Avropa çempionatında tətbiq edə biləcəyik. Hər birimiz layiqli şəkil çıxış edib qarşımıza qoyduğumuz məqsə nail olmaq üçün əlimizdən gələni edəcəyik. Komanda yoldaşlarıma və özümə uğurlar arzulayıram”.