Aysu Abbasovadan daha bir uğur
- 31 May 2023 21:30
- 365
Bakı şəhərində 2008-2009-cu il təvəllüdlü idmançılar arasında atletika üzrə Azərbaycan birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda reallaşan yarışda paytaxtın müxtəlif idman klubları və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Bərdə, Astara, Quba, İsmayıllı, Xızı və Beyləqandan 150-ə yaxın oğlan və qız atlet mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən saytımıza verilən məlumata görə, Naxçıvan Atletika Federasiyasının yarışa qatılan 3 idmançısından yalnız biri – Aysu Abbasova mükafatçılar sırasına düşə bilib. Atlet 1500 metr məsafədə birinci, 800 metr məsafədə isə üçüncü olub. Nəticədə Naxçıvan təmsilçisi bir qızıl və bir bürünc medal əldə edib.