Ayxan Abbasov: “Hakim “Sumqayıt”ın uduzması üçün hər şeyi etdi”
- 23 Okt 2021 18:34
- 535
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Oyun haqda danışılası nəsə yoxdur. Komanda bir həftə ərzində oyuna hazırlaşır, gecə-gündüz əziyyət çəkir. İlk dəqiqələrdə qırmızı vərəqə verilməsi, komandanın oyununu pozur. “Qırmızı” müəmmalı idi. Biz bu gün “qırmızı”ya baxırıq, təkrarlarda da verilib. Murad hakimə etiraz edə bilər, amma başqa heç nə etmədi. Baş hakim İnqilab “Sumqayıt”ın uduzmağı üçün hər şeyi etdi. Yəqin indi sevinir. İnsanların haqqına belə girmək olmaz. Futbolçularım vuruşdular. Bəlkə də, Tellur ikinci hissənin əvvəlində qol vursaydı, fərqli şeylər olardı. Məşqçilik çətin sənətdi. Hərdən adam bu peşəni seçdiyi üçün peşman olmur. Bacarmadım. Bu gün işimə nifrət etdim. Niyə hakimin səhvini deyə bilmirik? Nə üçün? Bəs, biz necə inkişaf edəcəyik? İnqilab çıxsın desin ki, qərar tam düzgündür. Xal heç nədir. Danışmırıq, gəlir belə olur. 10-15-ci dəqiqədə belə “qırmızı” vermirlər. Hakim oyuna nəzarət etməlidir. Onlar baxmırlar xarici matçlara? Belə hakimlər getsin özlərinə sənət tapsın.
- Kim deyir ki, hakim haqda danışmaq olmaz?
- Reqlament. Hakim 10-cu dəqiqədə sonra oyunu bitirdi. (komanda.az)