Ayxan Abbasov hirsləndi: "Mən qorxmuram, haqsızlığa etiraz edəcəm"
- 23 Okt 2021 18:03
- 669
Premyer-Liqanln 8-ci turundakı "Sabah" - "Sumqayıt" (3:0) matçından sonra gərginlik yaşanıb. "Rekord.az" xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov əsəblərinə hakim ola bilməyib.
Belə ki, mütəxəssis mətbuat konfransına yollanarkən dəhlizdə AFFA nümayəndəsi Məhəmmədəli Məmmədovun "hakimlik barədə danışma" sözündən hirslənib. Abbasov "niyə danışmayaq? Kimdi ki o, danışmayaq? Niyə danışmayaq? Bizə haqsızlıq edəcəklər, sıxacaqlar, uduzduracaqlar, biz səs çıxartmayacağıq? Olmaz belə. Mən qorxmuram. Kimdən, nədən qorxacam? Lazımdısa, "Sumqayıt"dan gedəcəm, işləməyəcəm. Amma susan deyiləm" deyərək etiraz edib.
"Sumqayıt"ın baş məşqçisi oyunun əvvəlindəki qırmızı vərəqə epizodundan narazılığını ifadə edib: "Bir nəfər gəlib deyə bilməz ki, orda qırmızı var idi. Əlimdə görüntü də var, baxın: aşkar sındırmaqdı. Oyunumuzu məhv edirlər. Olmaz bu cür etmək. Haqsızlıqdı, haqsızlıq".