Premyer Liqada legionersiz oynayan "Şamaxı" yekunda  I Liqaya yollandı və bir mövsüm orada keçirdi.

Rekord.az xəbər verir ki, 1 illik aradan sonra yenidən elitaya dönən Şamaxı təmsilçisi bu dəfə legioner qadağasını götürdü və artıq klub bir neçə əcnəbi ilə anlaşma da əldə edilib. 

Görəsən bu qadağaının ləğvi öncədən planlaşdırılmışdı, yoxsa Ayxan Abbasovun istəyi ilə bu qadağa götürülüb. Sualımızı Abbasovun özünə ünvanladıq və onun cavabı belə oldu: "Mənimlə danışıq aparanda artıq "Şamaxı" rəhbərliyinin elə bir fikiri var idi. Çünki onlar da gözəl başa düşür ki, yerli bazarda elə futbolçu yoxdur ki, sırf onlarla mübarizə aparasan. Mənimlə danışıq aparanda da bu məsələni müzakirə elədik. Yəni özümüz özümüzü aldatmayaq da komanda qurmaq lazımdı. Üstəlik, "Şamaxı"nın futbol akademiyası da o səviyyədə deyil ki, gedib ordan 10 futbolçu götürüb oynadaq. Rəhbərliklə bu məsələni müzakirə edəndə də fikirlərimiz üst-üstə düşdü və məsələni qətiləşdirdik".