Cari mövsümün əvvəlində yaxşı oyun nümayiş etdirən, qısa zamanda "Turan Tovuz"a uyğunlaşan, aparıcı futbolçuya çevirilən Natan Oduva qışdan sonra əvvəlki oyununu ortaya qoya bilmədi. Son turlarda isə, ümumiyyətlə, az-az oynamaq şansı qazanırdı. Müəyyən söhbətlər gəzirdi ki, mövsümün sonunda başqa kluba keçmək fikri olduğundan sanki özünü qorumağa çalışır.

Rekord.az xəbər verir ki, futbolçu ilə bağlı son durumda yenilik yoxdur.

Tovuz təmsilçisi futbolçuya yeni müqavilə təklif edib. Hətta bizdə olan məlumata görə, yeni müqavilənin şərtləri daha yaxşıdır. Lakin futbolçu hələlik bu təklifə müsbət cavab veməyib və qərarını son turdan sonra açıqlayacağını bildirib. Ayxan Abbasov isə bu məsələdə futbolçuya hansısa mənada təzyiq göstərməyəcək. Yəni onu yeni müqaviləyə imza atmağa məcbur etməyəcək və seçimi sırf futbolçunun öhdəsində buraxacaq.