
Ayxan Abbasov "Sportinq"də oynamış futbolçu haqda hansı qərarı verəcək?
- 2023-05-19 14:00
- 516
Vaxtilə Azərbaycanın böyük perspektiv vəd edən futbolçularından olan Budaq Nəsirov yenidən böyük futbola qayıtmaq istəyir.
Rekord.az xəbər verir ki, "Turan Tovuz"un hazırlıqlarında iştirak edən yarımmüdafiəçi yayda təşkil olunacaq təlim-məşq toplanışına da cəlb ediləcək.
Həmin toplanışda baş məşqçi Ayxan Abbasovun etimadını qazana bilsə, onunla müqavilə bağlanacaq.