Ayxan Abbasovun mövsümün sonunda “Sumqayıt”dan gedə bilər.

Rekord.az-a daxil olan məlumata görə, artıq onunla ciddi şəkildə maraqlanan yerli klublar var.

Özü də məşqçiyə yaxşı müqavilə də təklif edirlər. Abbasov özü də hazırkı şərtlər altında “Sumqayıt”da çalışmaq istəmir. Az büdcə, kasad heyət, legioner qadağası və s. Bununla belə, mövsümün sonuna yaxın rəhbərliklə bir masa ətrafında məsələni bir daha müzakirə edib qərarını verəcək.