![photo](https://www.rekord.az/storage/uploads/5/ayxan-abbasov-4.jpg)
Ayxan Abbasov “Sumqayıt”la yeni müqavilə bağlamağa tələsmir ÖZƏL
- 25 Mar 2021 15:00
- 736
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov gələcəklə bağlı qərar verməyə təlsmir.
Rekord.az-a daxil olan məlumata görə, klub rəhbərliyi ona yeni müqavilə təklif edib.
Lakin Abbasov bu təklifə “hə” deməyə tələsmir. Çünki gənc məşqçinin xidmətində maraqlı olan klublar var. Mövsümün sonuna kimi çox şey baş verə bilər. Hazırda “Sumqayıt”ın avrokuboklara düşmək şansı var. Amma bu şans əldə edilsə belə, sponsorların kluba əlavə büdcə ayırıb-ayırmayacağı məlum deyil. Bir sözlə, klubun gələcəyi qeyri-müəyyən olduğu üçün, baş məşqçi də qərar verməyə tələsmir.