"Qəbələ"nin futbolçusu Ahmed Ayzaya gecə həyatına bağlı olması, idmançı rejiminə əməl etməməsi və bu səbəbdən də klubu tərəfindən cərimələnməsi haqda yayılan məlumatlara aydınlıq gətirib.

Rekord.az-a açıqlama verən nigeriyalı futbolçu bütün bunları təkzib edib.

O, məşqlərdən kənar qalmasının səbəbini də deyib: "Haqqımda gecə həyatı ilə bağlı yayılan məlumatlar doğru deyil. Cərimələnməyim haqda xəbərlər də yalandı. Məşqlərdən kənar qalmağım iədə ilə bağlıdır. Sırf zədə səbəbindən komanda ilə hazırlığa qoşula bilmirəm".