Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını və Şuşa şəhərini təmsil edən futbol komandaları yaradılacaq.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə AFFA-nın təşəbbüsü ilə yaradılacaq komandaların növbəti mövsümdən etibarən Region Liqası turnirində iştirak edəcəyi diqqətə çatdırılıb.