![photo](https://www.rekord.az/images/default.png)
Azal Arena niyə istifadəsiz qalıb?
- 28 Sen 2023 13:00
- 1009
Şüvəlan qəsəbəsində yerləşən "AZAL Arena" uzun müddətdir ki, istifadəsiz qalıb.
Rekord.az-ın əldə etdiyi məlumata görə, cari mövsüm II Liqada çıxış edən bəzi paytaxt komandaları həmin stadiondan icarə qaydasında istifadə etmək istəyib.
Lakin arenanın süni qazonunun bərbad durumda olması, istismar müddətini çoxdan başa vurması həmin komandaları fikirlərindən daşındırıb. Eyni zamanda PFL-in də bu cür qazonu olan stadiona "hə" deyəcəyi ağlabatan deyil.